Qulaq kiri çirk deyil — qulaq keçəcəyinin dərisini qoruyan, nəmləndirən, toz və mikrobları saxlayan təbii maddədir. Sağlam qulaq özünü təmizləyir: çeynəmə və danışma zamanı kir yavaş-yavaş çölə doğru hərəkət edir.
1 dəq. oxu·Son yenilənmə:
Qulaq çöpü nə edir?
Kirin bir hissəsini götürür, qalanını pərdəyə doğru itələyir və sıx tıxac yaradır.
Keçəcəyin nazik dərisini sıyırır — xarici otit və göbələk infeksiyası üçün yol açır.
Ehtiyatsız hərəkətdə qulaq pərdəsini deşə bilər.
Duşdan sonra keçəcəkdə qalan pambıq lifləri də yad cisim kimi qulaqda qala bilər.
Bəs necə təmizləmək lazımdır?
Yalnız qulaq seyvanını və keçəcəyin girəcəyini yuyun, dəsmalla qurulayın.
Qulaq keçəcəyinin içinə heç nə salmayın.
Qulağınız tutulubsa, eşitmə azalıbsa, kir tıxacını həkimə təmizlədin — görmə nəzarəti altında, sorucu ilə.